Gündəm / Siyasət / Dünya
15:10, 08 Nisan 2025
0

Putinin xüsusi nümayəndəsi Ermənistana gəlib

Putinin  xüsusi nümayəndəsi  Ermənistana gəlib


Erm'nistan Baş nazirin müavini Mher Qriqoryan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul edib.
Globalpress.az xəbər verir ki, görüş zamanı həmsöhbətlər iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində mövcud və perspektiv əməkdaşlıq proqramlarını müzakirə ediblər.


İki ölkə arasında turist axınının stimullaşdırılmasına yönəlmiş tədbirlər də müzakirə olunub.


Tərəflər tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyib və yeni birgə təşəbbüsləri həyata keçirməyə hazır olduqlarını bildiriblər
Digər xəbərlər: