Gündəm / Siyasət / Dünya
14:10, 08 Nisan 2025
0

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.


Globalpress.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici işlər nazirliyi xətti ilə təmsil olunacaq.

"Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyi xətti ilə olacaq. Buna uyğun olaraq, Xarici İşlər Nazirliyindəki həmkarlarımızdan məlumat gözləyin", - Peskov vurğulayıb..

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq və təmasları normallaşdırmaq üçün yeni görüş hazırladığını bildirib. Onun sözlərinə görə, artıq İstanbulda bir görüş olub, indi ikinci görüş hazırlanır.
Digər xəbərlər: