Gündəm / Cəmiyyət
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şirvan şəhərində yanğın-taktiki təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən “MKT İstehsalat Kommersiya” MMC-yə məxsus Yağ-Piy filialının dördmərtəbəli binasında “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən çoxmərtəbəli binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.





Daha çox xəbər:

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Royal Park” yaşayış kompleksində təlim keçirib (video, foto)

FHN “Golden Coast” otelində təlim keçirəcək

FHN “Golden Coast” otelində təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi “Unimetal” MMC-yə məxsus istehsalat müəssisəsində təlim keçirib (video, foto)

FHN “Gənclik Mall” ticarət mərkəzində təlim keçirib