Gündəm / Siyasət / Dünya
Rusiya və ABŞ arasında ikitərəfli görüş Türkiyədə olacaq

Rusiya və ABŞ rəsmiləri aprelin 10-da Türkiyənin İstanbul şəhərində yeni danışıqlar aparacaqlar.
Globalpress.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Danışıqlarda Rusiyanı xarici işlər nazirliyinin rəsmiləri təmsil edəcək, deyən Peskov, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verməyib.
Xatırladaq ki, fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələrinin görüşü olub. Təxminən altı saat yarım davam edən danışıqlarda iki ölkənin səfirlik və konsulluqlarının işinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.