Gündəm / Cəmiyyət
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda praktiki təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



Daha çox xəbər:

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib (video, foto)

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Royal Park” yaşayış kompleksində təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi “Unimetal” MMC-yə məxsus istehsalat müəssisəsində təlim keçirib (video, foto)