Gündəm / Cəmiyyət / Sosial
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.
Son bir həftə ərzində paytaxt və regionlarda 700-ə yaxın işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub. Onların bir hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.
Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.
Özünüməşğulluq proqramına cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Daha çox xəbər:

Şəhid ailələri və qazilərlə bağlı yeni xəbər - Müqavilələr imzalanır

Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

Media nümayəndələri Şamaxıda şəhid ailəsi və müharibə veteranları üçün yaradılan təsərrüfatlarla tanış olublar

Nazir Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisələrə baxış keçirib - FOTO

Yanvar-may aylarında 142 894 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib