Gündəm / Siyasət / Dünya
Bu Baydenin qərarından asılıdır

Ukraynanın NATO-ya üzvlüyü Baydenin qərarından asılıdır.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.
Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni Ukraynanı yalnız müharibə bitdikdən sonra Alyansa üzv ola bilsə belə, indi NATO-ya dəvət etməyə çağırıb.
Zelenski qeyd edib ki, Bayden ölkənin Şimali Atlantika Alyansına üzv olub-olmayacağına qərar verən şəxsdir. “O, NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olardı”, – Zelenski deyib.
“Ukrayna anlayır ki, ölkə müharibə bitənə qədər NATO-ya qəbul edilməyəcək, lakin vətəndaşlar üçün bu məsələdə müttəfiqlərin dəstəyini hiss etmək vacibdir”, – Prezident əlavə edib.