Gündəm / Siyasət / Cəmiyyət
17:50, 20 May 2025
0

NATO rəsmisi Azərbaycanda səfərdədir

NATO  rəsmisi  Azərbaycanda  səfərdədir


NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Baş Qərargah rəisinin müavini general-mayor Stefan Fiks Azərbaycanda səfərdədir.

Bu barədə Globalpress.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Fiksin başçılıq etdiyi nümayəndə heyətinin səfəri NATO və Azərbaycan arasında Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində razılaşdırılmış tədbirlər silsiləsinin bir hissəsidir.

Diplomatik nümayəndəlikdə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzsonla general-mayor Fiks və onun komandası arasında görüş keçirilib.

"Səfər NATO Tərəfdaşlığı üzrə fəaliyyətlərin həyata keçirilməsini dəstəkləmək məqsədilə azərbaycanlı həmkarlarla əməkdaşlığın davam etdirilməsinə yönəlib”, - səfirlikdən bildirilib.

Qeyd edilib ki, NATO-nun tərəfdaş ölkəsi kimi Azərbaycan müttəfiqlər və digər tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə islahatları, terrorla mübarizə də daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Azərbaycan da NATO-nun rəhbərlik etdiyi bir sıra əməliyyat və missiyalarda yer alıb. 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqə nöqtəsi rolunu yerinə yetirir.
Digər xəbərlər: