Gündəm / Siyasət / Dünya
07:22, 15 Haziran 2023
0

Prezidentlər müzakirə aparıblar

Prezidentlər müzakirə  aparıblar


Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Andjey Duda ilə Rusiya ilə döyüş meydanındakı vəziyyəti, ukraynalı müdafiəçilərin silah və sursatla təchizatını, ölkəsinin NATO-ya daxil olmasını müzakirə edib.

Globalpress.az xəbər verir ki, bu barədə Zelenski tviterdəki hesabında yazıb.

Dövlət başçıları Ukrayna hərbçilərinin müdafiə ehtiyaclarını müzakirə ediblər. Söhbət həmçinin Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı gələcək birgə işdən gedib.

Zelenski bildirib ki, Polşa Ukraynanın NATO-ya üzvlüyünün zəruriliyini kifayət qədər real qəbul edir və ölkəsi polşalılarla birlikdə Alyansın Vilnüs sammiti üçün konkret məzmun işləyib hazırlayır.
Digər xəbərlər: