Gündəm / Siyasət / Dünya
18:00, 20 May 2025
0

Rusiyaya qarşı sanksiyalar müzakirə olunub

Rusiyaya qarşı sanksiyalar müzakirə olunub


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen ilə telefon danışıqları aparıb.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

V.Zelenski Ursula fon der Lyayenə və Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinin qəbul edilməsinə görə təşəkkür edib.

Ukrayna Prezidenti bunun düzgün istiqamətdə atılan addım olduğunu qeyd edib.

V.Zelenski bildirib ki, tərəflər, həmçinin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə ediblər. Ukrayna Prezidenti maliyyə sxemləri, banklar, neft kimi sahələrə sanksiya təzyiqinin zəruriliyinə xüsusi diqqət yönəldib.
Digər xəbərlər: