Gündəm / Siyasət / Dünya
Ukraynada müharibə bitir? - Zelenskidən gözlənilməz açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski Krım məsələsini Rusiya ilə müzakirə etməyə hazır olduğunu bildirib.
Globalpress.az xəbər verir ki, o, bunu Krımın və Donbasın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Bildirib ki, Krım və Donbasda gələcəkdə insanların necə yaşayacağını müzakirə etmək və hansısa kompromisə gəlmək olar.
Putinin Ukrayna məsələləri üzrə köməkçisi Medinski də bəyan edib ki, Krım və Donbas məsələsində ümumi razılığa gəlmək olar.
Zelenski eyni zamanda NATO məsələsinə də toxunub: "NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil".
"Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam", Volodimir Zelenski bildirib.
Daha çox xəbər: