Gündəm / Siyasət / Dünya
06:00, 21 May 2025
0

İsrail İranın nüvə obyektlərinə zərbə endirəcək

İsrail  İranın  nüvə  obyektlərinə  zərbə endirəcək


İsrail Silahlı Qüvvələri, Vaşinqton və Tehran arasında danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbə endirməyə hazırlaşır.

“İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb və ABŞ ilə İran arasında Tehranın bütün urandan imtina etməyəcəyi bir sazişin bağlanması perspektivi bu zərbənin ehtimalını artırır”, – rəsmilərdən biri telekanala açıqlayıb.
Globalpress.az xəbər verir ki, İsrail iqtidarının hücumla bağlı yekun qərar verib-vermədiyini bilmir, ABŞ kəşfiyyat məlumatları isə yəhudi dövlətinin niyyətini birmənalı təsdiqləmir. Zərbəyə hazırlığın dolayı əlamətləri arasında İsrail Hərbi Hava Qüvvələrinin texnika və silahlarının yerdəyişməsi və onların manevrlərini göstərmək olar.

Eyni zamanda, İsrailin nüvə proqramı məsələlərində İranı ciddi güzəştlərə məcbur etmək üçün güc nümayişinə əl atması istisna edilmir.
Digər xəbərlər: