Gündəm / Siyasət / Dünya
21:13, 01 Haziran 2023
0

Növbəti beştərəfli görüş oktyabrda keçiriləcək

Növbəti  beştərəfli  görüş  oktyabrda  keçiriləcək


Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı liderlərinin növbəti beştərəfli görüşü keçiriləcək.

Globalpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

Onun sözlərinə görə, görüş bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində baş tutacaq.

“Prezident Əliyev və Baş nazir Paşinyanı, Kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyətindəyik”, - Mişel deyib.
Digər xəbərlər: