Gündəm / Siyasət / Dünya
20:59, 31 May 2023
0

Liderlərin görüş tarixi açıqlandı

Liderlərin görüş  tarixi  açıqlandı


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyanla Moldovada görüşü iyunun 1-nə planlaşdırılıb.

Globalpress.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat xidməti bu barədə açıqlama yayıb.

Qeyd edək ki, müzakirələr Avropa İttifaqı Siyasi Şurasının sammiti çərçivəsində baş tutacaq. Moldovada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya Kansleri və Avropa İttifaqı Şurasının Prezidenti arasında beştərəfli formatda görüş də nəzərdə tutulub.
Digər xəbərlər: