Gündəm / Siyasət / Cəmiyyət
Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək
Gələn ay Brüsseldə - Avropa İttifaqı Şurasının qərargahında Şarl Mişel-İlham Əliyev-Nikol Paşinyan görüşünün keçirilməsi nəzərdə tutulur.
Globalpress.az xəbər verir ki, növbəti üçtərəfli görüş barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Praqadakı söhbəti əsnasında açıqlanıb.
Qeyd edək ki, Şarl Mişel və İlham Əliyev noyabrda keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyini də müzakirə ediblər.
Bugünkü görüşə gəldikdə, tərəflər Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Daha çox xəbər:

Şarl Mişel və İlham Əliyev Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələləri müzakirə edib

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib

Şarl Mişel: Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır

İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

İlham Əliyev: "Azərbaycan Brüssel formatını dəstəkləyir"