Gündəm / Siyasət / Dünya
07:52, 23 May 2023
0

NATO PA Rusiyanın Ukraynaya təcavüzünü soyqırımı kimi tanıdı

NATO  PA  Rusiyanın  Ukraynaya  təcavüzünü soyqırımı  kimi  tanıdı


NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı, Rusiya hakimiyyətini isə irqçi (raşist) kimi tanıyıb.

Globalpress.az- ın məlumatına görə, bu barədə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernov məlumat verib.

O bildirib ki, Lüksemburqda keçirilən assambleyanın sessiyasında bəyannamə yekdilliklə qəbul edilib.

“Bundan başqa, NATO PA öz ölkələrinin hökumətlərini Vilnüs sammitində Ukraynanın Alyansa üzv olacağını açıq şəkildə bəyan etməyə və Ukraynanın NATO-ya daxil olması üçün növbəti konkret addımları razılaşdırmağa çağırıb”, - Çernev qeyd edib.

O, bəyannaməni Ukraynanın diplomatik qələbəsi adlandırıb.

Mənbə: rbc.ua
Digər xəbərlər: