Gündəm / Siyasət / Dünya
17:15, 16 May 2023
0

Ukrayna NATO- ya daxil olacaq

Ukrayna  NATO- ya daxil  olacaq


"Biz bilmirik bu müharibə necə bitəcək, amma müharibə başa çatdıqdan sonra tarixin təkrarlanmasının qarşısını ala bilməliyik..."

NATO-nun iyul ayında Vilnüsdə (Litva) keçiriləcək sammiti zamanı Alyans üzvləri müdafiə xərclərinin artırılması haqqında razılığa gələcək.

Globalpress.az- ın məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kopenhagendə demokratiya sammitində bəyan edib. Məlumatı "Sky News" nəşri yayıb.

Stoltenberq qeyd edib ki, məqsəd ÜDM-in ən azı 2 faizini müdafiəyə xərcləməkdir və buna "imkan daxilində, tez bir zamanda, dərhal, çox gözləmədən nail olunmalıdır".

O, təsdiq edib k, NATO-nun qapıları açıq qalır və bəyan edib ki, Vilnüs sammiti zamanı ölkələr tərəfindən Ukrayna üçün çoxillik proqram razılaşdırılacaq.

Məqsəd "Ukraynaya sovet standartları, doktrinaları, avadanlığından uzaqlaşmasına və NATO ilə tam uyğunlaşmasına kömək etməkdir".

Stoltenderqin fikrincə, bu, Ukraynanın NATO-ya daxil edilməsini yaxınlaşdıracaq.

"Üzvlük məsələsinə gəldikdə, mən gözləyirəm ki, NATO müttəfiqləri Ukraynanın Alyansa üzv olacağını deyəcəklər. Bütün müttəfiqlər Ukraynanın öz yolunu seçmək hüququna malik olmasına razıdır", - o deyib.

Alyansın baş katibi həmçinin bəyan edib ki, hazırda NATO-nun vəzifəsi Ukraynaya tələb olunanadək dəstək verməkdir.

"NATO-nun ən təxirəsalınmaz vəzifəsi Ukraynanın Rusiya ilə müharibədə qələbəsini təmin etməkdir...

Biz bilmirik bu müharibə necə bitəcək, lakin biz bilirik ki, müharibə başa çatdıqdan sonra tarixin təkrarlanmasının qarşısını ala bilməyimiz son dərəcə vacibdir", - Stoltenberq deyib.



Ukrayna 2014-cü ildə Rusiyanın Krımın işğalı və Donbasda hərbi münaqişə fonunda NATO ilə əməkdaşlığını fəallaşdırıb. Alyansa daxil olmaq niyyəti Ukrayna Konstitusiyasında təsbit edilib.

2018-ci ildə NATO Ukraynanın Alyansda üzvlüyə namizəd statusunu tanıyıb, 2020-ci ildə Ukrayna genişləndirilmiş imkanlar tərəfdaşı statusunu alıb.

14 iyun 2021-ci ildə Brüsseldə NATO sammitinin yekun sənədində qeyd edilib ki, Alyans Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir.

30 sentyabr 2022-ci ildə prezident Putin Ukraynanın işğal edilmiş ərazilərinin ilhaqını elan etdikdən sonra Ukrayna prezident Zelenski məlumat verib ki, ölkəsi NATO-ya surətləndirilmiş prosedur üzrə daxil olunması üçün sorğu göndərib.

Stoltenberq bəyan edib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi haqqında danışıqlara başlanmasının ilkin şərti onun qələbəsi olmalıdır və Şimali Atlantika İttifaqının üzvləri ona kömək edir.

İndiki vəziyyət onu sübit edir ki, Ukrayna NATO-nun üzvü olacaq, Stoltenberq deyib.
Digər xəbərlər: