Gündəm / Cəmiyyət
Gərginliyin azaldilmasi üçün istənilən addımı alqışlamağa hazırıq

“Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli sazişləri vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir”.
Globalpress.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli sazişlərin həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, - Peskov Azərbaycan və Ermənistan tərəfinin son bəyanatlarını şərh edərkən deyib.
Kreml sözçüsünə görə, üçtərəfli sazişlər indi nizamlanma üçün yeganə real əsasdır.
“Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”, - deyə o yekunlaşdırıb./ TASS
Daha çox xəbər:

Putin: “Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmalara əməl etmək sülhün yeganə yoludur

Putin İbrahim Kalınla görüşdü

“Liderlərin görüşü ola bilər“ - Peskov “Liderlərin görüşü ola bilər“ - Peskov

Paşinyan: “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”

Rusiyadan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama