Gündəm / Siyasət / Dünya
Almaniya da Ukraynaya yardım edəcək

Almaniya hakimiyyəti Ukraynaya hərbi yardım üçün əlavə 12 milyard avro yardımedəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Alman KİV öz mənbələrinə istinadən məlumat yayıb.
Yeni yardımın martın 29-da təsdiqlənməsi gözlənilir. Bununla da, Almaniyanın Ukraynaya göstərdiyi hərbi dəstəyin ümumi məbləği 14,2 milyard avro təşkil edəcək.
Bundestaq yeni hərbi yardımş təsdiq edərsə, 2023-cü ildə Ukraynaya nəzərdə tutulan dəstəyin məbləği iki dəfədən çox artaraq 5,4 milyard avroya çatacaq.