Gündəm / İqtisadiyyat / Dünya
07:17, 28 Mart 2023
0

Almaniya Ukraynaya yardımı artırır

Almaniya  Ukraynaya  yardımı  artırır


Almaniya Maliyyə Nazirliyinin dövlət katibinin müavini Florian Tonkar Bundestaqın büdcə komitəsinə növbəti illərdə Ukraynaya hərbi yardıma ayrılan xərclərin 15 milyard avroya çatdırılması üçün sorğu göndərib.
Globalpress.az xəbər verir ki, bu barədə Alman nəşrləri yazıb.

“Ukrayna silahlı qüvvələrinin yüksək maddi itkiləri ilə əlaqədar olaraq, materialların yeni çatdırılmasına ehtiyac var”, - Tonkarın məktubunda bildirilir.

Sənəddə qeyd olunur ki, Ukrayna ordusu etibarlı hərbi texnika ilə təchiz edilməlidir. Departament onu da bildirib ki, ilk növbədə Ukrayna Silahlı Qüvvələri üçün Almaniyadan gətirilən hava hücumundan müdafiə sistemləri, zirehli tırtıllı maşınlar, o cümlədən artilleriya üçün sursat və digər silahların alınması planlaşdırılır.
Digər xəbərlər: