Gündəm / Siyasət / İqtisadiyyat
21:55, 13 May 2022
0

Avropa İttifaqı Ukraynaya daha 500 milyon ayırır - Tanklar, artilleriya qurğuları...

[medium]https://globalpress.az/uploads/posts/2022-05/1652464421_0d28e738-2084-4c9d-8194-be7087634873.jpg[/Avropa İttifaqının (Aİ) Xarici siyasət rəhbəri Jozep Borrel bildirib ki, Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayıracaq.

Mayın 13-də Almaniyanın şimalında G7-nin xarici işlər nazirlərinin görüşü çərçivəsində danışan Borrel hərbi yardımın tanklar və artilleriya kimi ağır silahlardan ibarət olacağını vurğulayıb. Əlavə edib ki, Aİ-nin Ukraynaya yardımını 2 milyard avroya çatdıracaq. Borrel Rusiya neftinə embarqo qoyulması üzrə razılaşmanın bir neçə günə əldə olunacağına inamını bildirib. “Biz Rusiyadan neft asılılığından canımızı qurtarmalıyıq”, – Aİ-nin aparıcı rəsmisi sözlərinə əlavə edib.

Britaniyanın Xarici işlər naziri Liz Trass Ukraynaya daha çox silah göndərməyə çağırıb: “Hazırda Ukraynaya daha çox silah göndərməklə, sanksiyaları gücləndirməklə Rusiya Prezidenti Vladimir Putinə təzyiqi saxlamağımız çox vacibdir. Bu böhranda azadlıq və demokratiyanın qorunmasında G7-nin vəhdəti çox vacibdir və biz bu yöndə işimizi davam etdirəcəyik".]
Digər xəbərlər: