Gündəm / Dünya / Sosial
20:50, 06 Ocak 2023
0

ABŞ Türkiyənin adını dəyişmək qərarı verdi

ABŞ Türkiyənin adını dəyişmək qərarı verdi


ABŞ Dövlət departamenti Türkiyənin adının rəsmi sənədlərdə dəyişdirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.

Globalpress.az xəbər verir ki, bu barədə departamentin sözçüsü Ned Prays məlumat verib.

Ənənəvi Turkey (Törki səslənir) əvəzinə Turkiye yazılacaq (Turkie oxunacaq).

“Türkiyə səfirliyi bütün rəsmi sənədlərdə bu formada yazılışı istifadə etmək üçün müraciət edib. Bu səhər qərar verildi və Türkiyənin adı Turkiye yazılacaq. Ölkənin coğrafi adı belədir.

Rəsmi diplomatik kontekstdə, ikitərəfli kommunikasiyada və görüşlərdə hər iki söz istifadə edilə bilər”.

Türkiyə artıq bir neçə ildir ki, dünyada öz imici və ticarət adını markalamaq üçün Türkiye adının istifadə olunması üçün çalışır.
Digər xəbərlər: