Gündəm / Cəmiyyət / Dünya
Türkiyənin beynəlxalq adı dəyişdirildi - Foto
Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında məlumat verib.
Nazir qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də “Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, -deyə M.Çavuşoğlu yazıb.
Beləliklə, bundan sonra Türkiyə (“Türkiyə”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.
Daha çox xəbər:

Mövlud Çavuşoğlu: “Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan!” - FOTO

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq-RƏSMİ

Çavuşoğlu Moskvada Lavrovla Rusiya-Ukrayna məsələsini müzakirə edir

Çavuşoğlu: “İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq”