Gündəm / İqtisadiyyat / Dünya
Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmunu açıqlanıb
Avropa Komissiyası və Avropa İttifaqı ölkələri ötən gün Rusiyaya qarşı 9-cu sanksiya paketini müzakirə edib. Məlumata görə, bu dəfə sanksiyaların texnologiya, maliyyə və media sahəsini əhadə edəcəyi bildirilib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri məlumat yayıb.
Məqalə müəlliflərinin istinad etdiyi bir neçə avropalı diplomatın fikrincə, razılaşma nisbətən tez əldə oluna bilər, ola bilsin ki, gələn həftə Xarici Əlaqələr Şurasının iclası və Aİ sammiti ərəfəsində.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 24-də Aİ-nin anti-Rusiya sanksiyaları paketi üzərində işini açıqlayıb.
İki gün əvvəl “Politico” rəsmilərə istinadən xəbər vermişdi ki, Aİ anti-Rusiya sanksiyalarının doqquzuncu paketi çərçivəsində məhdudiyyətlərə məruz qalan şəxslərin siyahısını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Daha çox xəbər:

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiya paketi hazırlayır

Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb” - Zelenski

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlayır