Gündəm / Siyasət / Dünya
13:52, 03 Haziran 2022
0

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib


Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini yekun olaraq təsdiqləyib.

Globalpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqı açıqlama yayıb.

Bildirilib ki, İttifaqa üzv dövlətlər 6 ay ərzində Rusiyadan xam neftin, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edəcək. Altıncı məhdudlaşdırıcı sənədə əsasən, Rusiyanın “Sberbank”, “Rosselxozbank” və Mokva Kredit Bankı SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) şəbəkəsindən çıxarılır.

Qeyd edək ki, Aİ ölkələrinin səfirləri iyunun 2-də təşkilatın Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.
Digər xəbərlər: