Gündəm / Siyasət / Dünya
Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək
Noyabrın 28-də Parisdə Fransa Milli Assambleyasının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək.
Globalpress.az xəbər verir ki artıq sosial şəbəkələrdə bununla bağlı elan və posterlər yayılır.
Yerli vaxtla saat 13:00-a planlaşdırılan aksiyada həmin gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədardır.
Piket zamanı Azərbaycan diasporunun üzvləri Fransa Milli Assambleyasının üzvlərindən Azərbaycana ədalət tələb edəcəklər.
Qeyd edək ki, noyabrın 15-də Fransa parlamentin yuxarı Palatası olan Senat Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.
Daha çox xəbər:

Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

Fransa Senatının üzvü: "Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur" - EKSKLÜZİV

Fransa Senatı Azərbaycana qarşı bədnam qətnamə qəbul edib

Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayaca

Fransanın Qarabağ planı: Makron qətnamədən öncə Əliyevdən nə istəyib?