Gündəm / Siyasət / Cəmiyyət
Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayaca
Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.
Bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, parlament tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:
“Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin”.
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib. Azərbaycan XİN açıqlama yayaraq bildirib ki, bu qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
Daha çox xəbər:

Bakıdan Fransa Senatının qətnaməsinə sərt reaksiya

Ombudsman Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni pislədi

Fransa Senatı Azərbaycana qarşı bədnam qətnamə qəbul edib

Fransa Senatının üzvü: "Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur" - EKSKLÜZİV

Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddi