Gündəm / Siyasət / Dünya
Türk əsgəri tarix boyu vətənin keşiyində dayanıb və onun mənafeyini qoruyub” – Akardan Azərbaycana DƏSTƏK
Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir”.
Globalpress.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 30 Avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunan tədbirlə bağlı müraciətində deyib.
Nazir bildirib ki, türk əsgəri tarix boyu vətənin keşiyində dayanıb, onun mənafeyini qoruyub:
“Biz dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusilə Azərbaycan və Liviyanın ədalətli işini dəstəkləyirik. NATO, Aİ, BMT, ATƏT çərçivəsində Qətər, Somali, Kosovo və Bosniya və Herseqovinada uğurla xidmət etməklə regional və qlobal sülhə töhfə veririk. Eyni zamanda bu məsələlərdə ikitərəfli razılaşmalar var”, – deyə Akar fikirlərini tamamlayıb.
Daha çox xəbər:

Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk”

Hulusi Akar: “Azərbaycanda “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəmiz davam edir”

Məşhur türk aktyoru: "Azərbaycan əsgəri dastan yazır"

Akardan Yunanıstana ETİRAZ: "Bu açıq-aydın həyasızlıq və ehtiyatsızlıq qəbuledilməzdir"