Gündəm / Siyasət / Dünya
20:20, 29 Ağustos 2022
0

Akardan Yunanıstana ETİRAZ: "Bu açıq-aydın həyasızlıq və ehtiyatsızlıq qəbuledilməzdir"

Akardan Yunanıstana ETİRAZ: "Bu açıq-aydın həyasızlıq və ehtiyatsızlıq qəbuledilməzdir"


Bu qədər açıq-aydın həyasızlıq və ehtiyatsızlıq qəbuledilməzdir”.

Globalpress.az xəbər verir ki, bu sözləri Yunanıstanın türk təyyarələrini S-300 raket sistemindən təqib etməsinə münasibət bildirən Milli Müdafiə naziri Hulusi Akar deyib.


“Bu cür açıq həyasızlıq, bu cür ehtiyatsızlıq qəbuledilməzdir. Bizim dəniz, quru və hava qüvvələrimiz hər hansı bir vəziyyətdə heç vaxt güzəştə getmir və getməyəcək”, -deyə Akar bildirib.

Hulusi Akar Yunanıstanın son hava pozuntularına və təqiblərinə toxunaraq, “Təəssüf ki, bu pis qonşu Egeydə müxtəlif yollarla bizi sıxışdırmağa çalışır. Heç vaxt güzəştə getməz və getməyəcək” deyib.

Yunanıstanın Lozanna və Paris razılaşmalarını pozaraq Egey adalarını silahlandırdığını vurğulayan Akar sözlərini belə davam etdirib:

“Avqustun 23-də bir hadisə oldu. Əvvəllər amerikalılarla hava məkanımızı müdafiə etmək üçün uzaqmənzilli regional hava hücumundan müdafiə sistemləri üçün danışdıq, Patriot hava hücumundan müdafiə sistemini vermədilər.

Fransızlarla danışdıq, SAMP-T-ni vermədilər. Beləliklə, getdik S-400 aldıq. Yer yerindən oynadı, “necə ala bilirsiniz” deyə.

İndi avqustun 23-də bunun alt modeli olan S-300-lər NATO-da vəzifə yerinə yetirən türk F-16-larını radar kilidinə saldılar. Pis qonşumuzun etdiklərini görmək, anlamaq və izah etmək lazımdır. Bu qədər açıq-aydın həyasızlıq, bu cür ehtiyatsızlıq qəbuledilməzdir”.
Digər xəbərlər: