Gündəm / Siyasət / Dünya
Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib
Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab verib
Çavuşoğlu Türkiyənin Rusiyadan Ukrayna taxılını alması iddialarına cavab veribMövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ələ keçirdiyi Ukrayna taxılını gəmi vasitəsilə daşıdığına dair iddialara cavab verib.
“Globalpress.az xəbər verir ki, bu barədə XİN başçısı britaniyalı həmkarı Lizz Trassla görüşdən sonra birgə brifinqdə danışıb.
“Biz hər iddianı ciddiyə alırıq və ciddi şəkildə araşdırırıq. Nəticəni isə xüsusilə Ukrayna tərəfinə bildiririk. Əslində, bu prosesi izləmək asandır. 5-6 dollarlıq proqramla hansı gəminin haradan gəldiyini, nə daşıdığını - bunların izlənilməsi mümkündür. Adi vətəndaş belə bunu təyin edə bilər. Bununla əlaqədar araşdırma apardıq. Nəticədə gəminin Rusiyamənşəli olduğunu müəyyənləşdirdik. Biz Ukrayna taxılının Rusiya və ya başqa bir ölkə tərəfindən alınıb qeyri-qanuni şəkildə satılmasına qarşıyıq. Türkiyə olaraq bu məhsulların ölkəmizə gəlməsinə icazə vermərik”, - M.Çavuşoğlu qeyd edib
Daha çox xəbər:

Çavuşoğlu Moskvada Lavrovla Rusiya-Ukrayna məsələsini müzakirə edir

“Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq” — Çavuşoğlu

Rusiya və Ukrayna Antalyada görüşə razılaşdı – XİN başçıları görüşdə Çavuşoğlunun da iştirakını istədilər

Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

Zelenski Ərdoğana Putinlə görüşmək istədiyini bildirib - Çavuşoğlu açıqladı