Gündəm / Siyasət / Dünya
Çavuşoğlu Moskvada Lavrovla Rusiya-Ukrayna məsələsini müzakirə edir
Türkiyə Rusiya-Ukrayna məsələsində ilk gündən dəqiq mövqe tutub və məsələnin beynəlxalq qanunlar çərçivəsində ədalətli həllinin tərəfdarıdır.
Globalpress.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşündə deyib.
M.Çavuşoğlu bildirib ki, münaqişə tərəfi olan hər iki ölkə ilə yaxşı münasibətləri olan Türkiyə mövcud problemin sülh yolu ilə həllinə çalışır.
“Bu günə qədər Rusiya ilə istər Suriya, istər Livan məsələsində səmərəli iş birliyimiz olub. Bu etibarlı münasibətlər əsasında bu gün bu məsələni müzakirə edirik”, - deyə M.Çavuşoğlu əlavə edib.
Daha çox xəbər:

Rusiya və Ukrayna Antalyada görüşə razılaşdı – XİN başçıları görüşdə Çavuşoğlunun da iştirakını istədilər

Mövlud Çavuşoğlu: “Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan!” - FOTO

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

Rusiya gürcü həmkarlarını "3+3" formatının iclaslarında görməyə hazırdır - Lavrov

“Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq” — Çavuşoğlu