Gündəm / Siyasət / Cəmiyyət
ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir
ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir
ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir
“Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.
Globalpress.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.
“ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, - o bildirib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edib: “Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında ABŞ-ın oynadığı rol müzakirə olunub”.
Xatırladaq ki, Hikmət Hacıyev bu həftə ABŞ-a səfər edib və orada rəsmi şəxslərlə, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla bir sıra görüşlər keçirib.
Daha çox xəbər:

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”

Lavrov: "Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik"

Nikol Paşinyan Brüssel danışıqları barədə ABŞ-ın dövlət katibini məlumatlandırıb

Çavuşoğlu: “İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq”