Gündəm / Siyasət / Cəmiyyət
Çavuşoğlu: "Finlandiya və İsveç PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir"
Finlandiya və İsveç açıq şəkildə PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir".
"Globalpress.az " "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində deyib.
Diplomat bildirib ki, NATO-ya üzv olmağa hazırlaşan dövlət heç bir halda terrorçuları dəstəkləməməlidir.
"Türkiyə əvvəldən NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Hətta alyansın bəzi üzvləri regionumuzda və Qərbi Balkanlarda bəzi dövlətlərin NATO-ya daxil olmasına qarşı çıxanda da biz bunu dəstəkləmişik. NATO təkcə təhlükəsizliklə bağlı deyil, həm də həmrəylikdən ibarət olan bir ittifaqdır", - nazir vurğulayıb.
Daha çox xəbər:

Ukrayna üçün NATO-nun qapıları açılır

Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq

Ərdoğanın çıxışı iki ölkəni silkələdi – Niyə belə etməsinin səbəbini də özləri açıqladı

“Rusiyanı zəiflətmək istəyirlər, olan Ukraynaya olur” - Çavuşoğlu

NATO Ukrayna üzərindəki hava məkanını niyə bağlamır? - AÇIQLAMA