---
Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq
“Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq” -Medvedev
"İsveç və Finlandiya NATO-ya üzv qəbul olunarsa, Rusiyanın düşmənlərinin sayı artacaq".
Globalpress.az: Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Telegram” paylaşımında deyilir.
“İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə “Welcome!” deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq”, - o yazıb.
D.Medvedev Rusiyanın buna soyuqqanlı cavab verəcəyini bildirib: “İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı”.
Daha çox xəbər:

Çavuşoğlu: "Finlandiya və İsveç PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir"

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşıdır”

Ərdoğanın çıxışı iki ölkəni silkələdi – Niyə belə etməsinin səbəbini də özləri açıqladı

Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək?