Gündəm / Siyasət / Cəmiyyət
Böyük Yeddilik” ölkələri Ukraynaya silah göndərəcək
Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.
“Globalpress.az RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra bildirib.
Onun sözlərinə görə, G7-nin XİN başçıları Ukrayana lazım olan silah-sursatı tədarük edəcəklərinin bir daha təsdiqləyiblər. Nazirlər bildiriblər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivini pisləşdirib.
Qeyd edək ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.
Daha çox xəbər:

“Böyük yeddilik” ölkələri Ukraynaya pul ayırıb

Avropa İttifaqı Ukraynaya daha 500 milyon ayırır - Tanklar, artilleriya qurğuları...

Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

Azərbaycan və Rusiya XİN başçıları görüşüblər