Gündəm / Siyasət / Dünya
Azərbaycan Rusiyanı "oyundan" kənarlaşdırdı? - Xankəndinin taleyi Bakıya tapşırılır
Azərbaycan 44 günlük Vətən müharibəsində tək Ermənistanın terrorçu, faşist ideologiyasının təbliği ilə məşğul olan qüvələri ilə yox, demək olar ki, bütün dünya ilə savaşdı. Bunu Vətən müharibəsinin ilk günündən Azərbaycanın yaratdığı yeni reallıqları məcbur qalaraq qəbul etməyə başladıqları dünənə, sırağagünə kimi dünyanın bir çox nüfuzlu media qurumlarına dövlət başçımızın verdiyi müsahibələr zamanı qərəzli mövqelərdən, haqlı ola-ola bir çox beynəlxalq təşkilatlar, dövlətlər, siyasi dairələr, dövlət başçılarının Azərbaycanı ittiham edəcək bəyanatlarından, çağırışlarından yaxşı xatırlayırıq.
Amma son proseslər göstərir ki, yeni geosiyasi gedişlər düşməni dinc oturmağa, Azərbaycana qarşı qərəzli mövqedən çəkindirməyə yetərli deyil. Avropa Parlamentində Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamə qəbul edilməsi (Qətnaməyə 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər səs verməkdən çəkinib - red) Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanmaqdan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif etməkdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına almaqdan başqa bir şey deyil. Regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır.
Daha çox xəbər:

Azərbaycan Rusiyanı "oyundan" kənarlaşdırdı? - Xankəndinin taleyi Bakıya tapşırılır

Prezident İlham Əliyevin İran səfirini qəbul edən zaman söylədiyi fikirlər İslam aləminə və bütün dünyaya çağırışdır - Deputat

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi, MM-dən REAKSİYA

“YouTube” Peqovun Ukraynaya qarşı pozucu əməllərini gördü, ancaq onun Qarabağdakı daha pis əməllərini görmədi...

Partiyalardan “Moskva Bəyannaməsi”nə reaksiya: Kim lehinə, kim əleyhinədir?