Gündəm / Siyasət / Dünya
20:12, 04 Mart 2022
0

“YouTube” Peqovun Ukraynaya qarşı pozucu əməllərini gördü, ancaq onun Qarabağdakı daha pis əməllərini görmədi...

“YouTube” Peqovun Ukraynaya qarşı pozucu əməllərini gördü, ancaq onun Qarabağdakı daha pis əməllərini görmədi...

Azər Həsrət: “Biz bunu mütləq mənada yadda saxlayıb, beynəlxalq platformalardakı çıxışlarımızda dilə gətirməliyik”
img
“YouTube” platforması Semyon Peqovun “WarGonzo” kanalını bloklayıb. Buna səbəb kanalın Ukrayna barədə təxribatçı yayımlar paylaşmasıdır.



Xatırladaq ki, jurnalist Semyon Peqovun bu kanalı 44 günlük Vətən müharibəsində də təxribatçı və yalan məlumatlar yayması ilə məşhurdur. Sözügedən bloger 44 günlük müharibə zamanı və ondan sonra da təxribatçı yayımlarından əl çəkmədi. Ancaq onun cəmi bir həftə davam efən Ukaryna sərgüzəştlərinə platformanın sahibləri dözüm gətirə bilmədi. Elə bu yanaşmadan beynəlxalq sosial şəbəkələrin ikili standartı özünü göstərmiş olurmu?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzu ilə bağlı dəfələrlə danışılıb: “Yəni Azərbaycan ictimaiyyətində bu mövzu çox müzakirə edilib. Sosial medianın verdiyi imkanlardan sui-istifadə edənlər çoxdur. Xüsusilə də Azərbaycana qarşı biz bənzər fəaliyyətləri daha çox görürük. Biz 44 günlük müharibə dönəmində də bu məsələni ictimailəşdirirdik. Təəssüf ki, həmin şəbəkələr bizi eşitmədi. İndi həmin adam gedib eyni hərəkətləri Ukraynada edir, ancaq ona qarşı ciddi tədbir görülür. Bizdə də haqlı olaraq sual yaranır: Qarabağda etdiyinə görə ona qarşı tədbir görülmür, amma Ukraynadakı addımlarına ən sərt formada tədbir görülür, hətta kanalı bloklanır? Əlbəttə ki, bu, ikilli standartdan irəli gələn qərəzli yanaşmadır. Bir daha sübut olunur ki, Qərbin sosial media rıçaqları hansısa dövlətlərin maraqlarına xidmət edir. Biz görürük ki, Qərb Ukraynanın tərəfindədir. Elə mənim özüm də Ukraynanı dəstəkləyirəm. Yalnız onlara aid olan məsələdə belə obyektiv ola bilirlər. Çox ədalətsiz yanaşmadır. Biz bunu mütləq mənada yadda saxlayıb, beynəlxalq platformalardakı çıxışlarımızda dilə gətirməliyik. Xüsusilə də konkret fakt olaraq həmin şəbəkələrin nümayəndələrinə sual kimi ünvanlayacağıq”.
Digər xəbərlər: