Gündəm / Siyasət
Ərdoğan Putin və Zelenskiyə üçtərəfli görüş keçirməyi təklif etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyündən danışıb.
Türkiyə liderinin sözlərinə görə, görüş yeri İstanbul və ya Ankara şəhərləri ola bilər. Ərdoğan bildirib ki, bunun üçün Putin və Zelenskinin müsbət cavab verməsi gərəklidir.
“Cənab Zelenski onunla görüşümüz zamanı üçtərəfli görüş ideyasına müsbət yanaşdığını söylədi. Əgər cənab Putin də məsələyə müsbət yanaşsa, ümid edirəm ki, İstanbulda və ya Ankarada görüşə biləcəyik”, – deyə R.T.Ərdoğan bildirib.
Daha çox xəbər:

Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər

Ərdoğan: “Rusiyanın “Zəngəzur dəhlizi” layihəsini gecikdirəcəyini düşünmürəm”

Ərdoğan Rusiyanın Türkiyə ilə uçuşlarını bərpa etmək qərarını alqışladı

Putin Ərdoğanı Krıma dəvət etdi, rədd cavabı almadı... - Lavrov

Putin Ərdoğanı qapıda qarşılayıb: "Siz gəldiniz, hava gözəlləşdi" - Video