Gündəm / Siyasət
KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin qondarma Donetsk və Luqansk Xalq Respublikalarına göndərilməsi mümkün deyil”.
Globalpress.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi açıqlayıb.
“Bu, mümkün deyil. Çünki KTMT-nin nizamnaməsi təşkilatın hərbçilərinin və sülhməramlarının tətbiq olunduğu sahələri məhdudlaşdırır. Belə ki, onlardan yalnız KTMT məkanında istifadə oluna bilər”, - deyə nazir söyləyib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb.
Daha çox xəbər:

Putin Ukraynadakı separatçı respublikaların müstəqilliyini tanıdı

Döyüşün 2-ci mərhələsi başlayacaq, Naxçıvandan İrəvanın vurulması… - Zülfüqarov AÇIQLADI

Türkiyə Rusiyanın addımına münasibət bildirdi

Bayden yeni sanksiyalarla bağlı fərman imzaladı

Dünya dövlətləri Putinin "Luqansk və Donetsk Xalq Respublikaları"nı tanımasına necə reaksiya verdi?