Gündəm / Siyasət
Putin Ukraynadakı separatçı respublikaların müstəqilliyini tanıdı
Rusiya Ukrayna ərzisindəki separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıyıb.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.
Daha sonra Rusiya Prezidenti "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. O, eyni zamanda həmin respublikalarla əməkdaşlıq haqqında fərman da verib.
Putin Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.
Daha sonra Rusiya prezidenti ilə qondarma “DXR”in rəhbəri Puşilin dostluq, əməkdaşlıq və yardım haqqında sazişi imzalayıb.
Putin həmçinin Paseçniklə də Kremldə Rusiya Federasiyası ilə qondarma “LXR” arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişə imza atıb.
Daha çox xəbər:

Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər

Putin və Baydenin danışıqlar aparacağı tarix açıqlandı

“ATƏT-in Minsk Qrupunun Cənubi Qafqaz bölgəsində görəcəyi iş qalmayıb” - RƏY

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı

Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi