Gündəm / Siyasət
“ATƏT-in Minsk Qrupunun Cənubi Qafqaz bölgəsində görəcəyi iş qalmayıb” - RƏY

Rusiya Dövlət Duması Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı məsələ müzakirə olunub, Prezident Vladimir Putinə müraciət ünvanılıb. Amma Putin dövlət tərəfindən buna rəsmi münasibət bildirməyib və Kremlin sözçüsü isə onlar xalq üçün aktual olanı müzakirə edirlər deməklə kifayətlənib. Bu məsələni Qarabağla müqayisə etmək mümkünsüzdür. Birincisi, Rusiya münaqişənin danışıqlar yolu ilə həll olunması üçün Minsk razışlaşmasına sadiq olduğunu bildiririr. Minsk razılaşmasında isə Donetsk və Luqanskın yekun status məsələsinin həll olunması qeyd olunub və Ukrayna buna imza atıb”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, Rusiya da Ukraynadan Minsk razılaşmasının icrasını istəyir: “Qarabağla münasibətdə isə qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan arasındakı münaqişə 2020-ci ilin 10 noyabrından başa çatıb. Sonrakı mərhələdə görüləcək işlərlə bağlı imzalanmış üçtərəfli bəyanatlarda isə heç bir status məsələsi yoxdur. İkincisi isə, ATƏT-in Minsk Qrupunun üzərinə münaqişəni danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vəzifəsi qoyulub. Bu gün isə Minsk Qrupunun 28 ildə həll edə bilmədiyi bir işi Azərbaycan öz gücü ilə həll edib. İndi isə Cənubi Qafqaz bölgəsində ATƏT-in Minsk Qrupunun görəcəyi bir işi qalmayıb. Donetsk və Luqanskiyə görə Rusiya ilə Ukrayna arasında imzalanmış Minsk razılaşması nə icra olunub, nə də münaqişə həllini tapıb. Ona görə də bu gün Rusiya-Ukrayna münasibətləri barıt çəlləyin üzərindədir və hər zaman partlamaq riski böyüyür. Azərbaycanla Ermənistan arasındakı münasibətlərə gəldikdə isə, bu münasibətlərin gələcək taleyi hansı istiqamətdə baş verəcəyi qabaqcadan məlumdur. Həm də gündəlikdə qalan digər məsələlərin həll olunması üçün yol xəritəsi mövcuddur ki, Ermənistan bu yol xəritəsi ilə hərəkət etməyə məcburdur. Azərbaycanın burada istəyi və tələbi üçtərəfli bəyanatların icra olunmasıdır. Əks halda, Azərbaycanın qalan bütün məsələləri birtərəfli qaydada həll etmək üçün kifayət qədər iqtisadi və hərbi gücü mövcuddur”.