Gündəm / İqtisadiyyat / Dünya
Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər

Avropa Komissiyası şənbə günü Avropa İttifaqına üzv ölkələrlə Rusiya Federasiyasına qarşı təklif olunan 13-cü sanksiyalar paketinin təfərrüatlarını müzakirə etməyə başlayacaq.
Globalpress.az- ın məlumatına görə, qeyri-rəsmi görüşlər və yüksək səviyyəli müzakirələr AK-nın Rusiyaya qarşı yeni tədbirlər paketini Avropa Şurasında müzakirə və səsvermə üçün rəsmən təqdim etməzdən əvvəl sonuncu addım olacaq.
Təklifdə Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə tədbirləri, sanksiya siyahılarının genişləndirilməsi nəzərdə tutulur.