---
Ukrayna: iki gücün bufer zonası və yeni poliqon
Ukrayna ABŞ-Rusiya qarşıdurmasının poliqonuna çevrilir. Putinin separatçıları tanımasından sonra bu risk daha da aktuallaşdı.
Qərbin rəsmi cavabı sanksiyaların tətbiqi ilə məhdudlaşır: Bayden hələki təkcə separatçı bölgələrlə ticarəti qadağan edən qərar qəbul edib, geniş sanksiya paketinin sabah açıqlanacağı gözlənilir. BMT Təhlükəsizlik Şurasının iclası Rusiyanın veto hüququna görə heç bir nəticə vermədi.
İlk praktiki cavab Almaniyadan gəldi: kansler Şolz bildirib ki, “Şimal axını-2” layihəsinə lisenziya verilməsi artıq imkansızdır;
Almanların qərarından iki nəticə çıxır:
Birincisi, ABŞ Avropanı anti-Rusiya cəbhəsində birləşdirdi və Putinin tanıma qərarı bu məsələdə Vaşinqtonun əlinə oynadı;
İkincisi, Rusiya qazını Avropaya daşımaq üçün Ukrayna tranzitindən böyük ölçüdə asılılığı davam edəcək;
Şolzun qərarı Rusiyanı Ukraynadan asılı vəziyyətə salmaq, Putinə təzyiq məqsədi daşıyır. ABŞ isə bununla iki hədəfə nail olur: Qərb blokunu öz çətiri altında formalaşdırır; Avropa qaz bazarında payını artırır və rusları sıradan çıxarmaq imkanı qazanır;
Hərçənd, Avropanın qaz tədarükündə rus qazından imtina etmək perspektivi hələki azdır. Bununla yanaşı, Rusiya Avropa qaz bazarını itirmək niyyətində deyil.
Moskvanın buna qarşı mümkün gedişlər edəcək:
- Cari dövrdə qaz tədarükünü azaltmaqla Avropanı sıxa bilər: bununla “Şimal axını-2” layihəsinin açılmasına nail olmağa çalışacaq;
- Uzunmüddətli perspektivdə Ukrayna tranzitinin təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə nəzarəti bərpa etmək istiqamətində hərəkət edəcək;
Məhz bu amil Ukraynanı poliqon olmaq riskini daha da artırır: ABŞ rəsmi Kiyevi, Rusiya separatçıları dəstəkləyir və baş verənlər göstərir ki, Ukraynada uzunmüddətli, yorucu müharibə başlayır.
Ukrayna hər iki tərəf üçün həm də bufer zona rolunu oynayacaq: ABŞ Rusiya ilə burada döyüşərək, Şərqi Avropa cəbhəsini gücləndirəcək; Rusiya NATO-nun genişlənməsinin qarşısını Ukraynada alacaq;
Zelenskinin Münhendəki çıxışı bu kontekstdə təsadüfi deyildi.
Siyasi icmalçı Asif Nərimanlı
Daha çox xəbər:

Rusiya Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkmək qərarına gəlib.

Atəş açıldı: Putin hansı planı işə salır?

Baydenlə Zelenski Ukrayna-Rusiya arasındakı vəziyyəti müzakirə etdi

ABŞ-Rusiya üz-üzə: Üçüncü Dünya müharibəsi... - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?

Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır