Gündəm / Cəmiyyət / Sosial
Hərbçilərimiz Türkiyəyə təlimə gediblər

“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.
Globalpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.
Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.
Daha çox xəbər:

Azərbaycan bayrağı Konya səmasında dağlandırıldı - FOTO

Azərbaycan hərbçiləri Qazaxıstanda hərbi təlim keçəcək

TurAz Qartalı - 2022” təlimində iştirak edəcək Türkiyə aviasiya vasitələri Azərbaycandadır

İsveç NATO təlimlərində iştirak edəcək

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir