Gündəm / Siyasət / Dünya
Türkiyə çağırış etdi

Türkiyə tərəflərin razılaşdığı format və parametrlər çərçivəsində Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.
Globalpress.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Müharibənin lap əvvəlindən bəyan etmişik ki, ədalətli və davamlı sülhə danışıqlar yolu ilə nail olmaq olar. Bu çərçivədə biz hər iki tərəfin iştirak etdiyi diplomatik səylərə üstünlük veririk. Əslində, müharibənin ilk günlərində tərəfləri əvvəlcə Antalyada, sonra İstanbulda bir araya gətirdik, İstanbulda apardığımız texniki danışıqlar nəticəsində sülhə çox yaxınlaşdıq”, – agentliyin həmsöhbəti deyib.
Qeyd olunub ki, Ankara heç bir konkret plan təqdim etməyib.
Xatırladaq ki, 2022-ci il martın 10-da Antalyada Türkiyə və Ukraynanın sabiq xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında üçtərəfli görüş keçirilib. Martın 28-də isə İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub.
Daha çox xəbər:

Türkiyə çağırış etdi

Rusiya və Ukrayna Antalyada görüşə razılaşdı – XİN başçıları görüşdə Çavuşoğlunun da iştirakını istədilər

Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

Türkiyə münaqişənin həlli üçün ev sahibliyi edəcək

Kuleba: Bu, Ərdoğanın sayəsində mümkün oldu!