Gündəm / Hadisə / Dünya
Rusiyanın müharibədə itkiləri açıqlanıb

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 670 hərbçisi həlak olub.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 445 min 40 nəfərə yüksəlib.
Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 9 tank, 29 artilleriya sistemi və 18 zirehli döyüş maşınını məhv edib.