Gündəm / Siyasət / Dünya
Rusiyanın itkiləri barədə ən son məlumat

İyulun 17-si bazar ertəsi səhərə olan məlumata görə, Rusiyanın Ukrayna ilə müharibədə itkiləri 620 nəfər təşkil edib. Ötən həftə Ukrayna hərbçiləri təxminən 11 kv.m ərazini azad edi. Baxmut istiqamətində əks-hücum zamanı Ukrayna silahlı qüvvələri 30 kvadratmetrdən çox ərazini azad edib.
Globalpress.az- ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, işğal başlayandan bəri rus ordusunun itkilərinin ümumi sayı 238.300 nəfərə çatıb.
Bundan əlavə, ötən gün ərzində Ukrayna silahlı qüvvələri 23 artilleriya sistemi və 8 pilotsuz uçan aparatı məhv edib.
Departamentin məlumatına görə, müharibə başlayandan bəri ruslar 4115 tank, 8034 zirehli texnika, 4504 artilleriya sistemi, 428 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3828 əməliyyat-taktiki ATS, 127 qanadlı raket, 18 gəmi/motorlu qayıq və s. itirib.