Gündəm / Hadisə / Dünya
10:45, 30 Ocak 2024
0

Müharibədə Rusiyanın itkiləri açıqlandı

Müharibədə Rusiyanın  itkiləri  açıqlandı


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 960 hərbçisini itirib.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.



Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 384 140 nəfərə çatıb.



Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 29 zirehli döyüş maşını, 31 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.



Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.
Digər xəbərlər: