Gündəm / İqtisadiyyat / Dünya
13:20, 11 Ekim 2023
0

Almaniya Ukraynaya yardım ayırıb

Almaniya  Ukraynaya  yardım  ayırıb


Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya 1 milyard avroluq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.
Globalpress.az xəbər verir ki, oktyabrın 11-də Brüsseldə ABŞ-nin rəhbərliyi ilə yaradılan Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısından əvvəl verdiyi açıqlamada Pistorius Almaniyanın Ukraynaya Hava Hücumundan Müdafiə (HHM), sursat və tanklarla dəstəyini davam etdirəcəyini bildirib.

Yardım paketinin qışın əvvəlində kritik infrastrukturu qorumaq və daha çox hərbi dəstək vermək üçün təqdim edildiyini ifadə edən Pistorius paketin ümumilikdə 1 milyard avro dəyərində olacağını vurğulayıb.

Nazir bəyan edib ki, Ukrayna xüsusi təyinatlıları 20 milyon avrodan çox dəyərində avtomobil, silah və şəxsi texnikadan ibarət hərtərəfli dəstək paketi ilə daha da gücləndiriləcək.

Ukraynaya ciddi hərbi dəstək verməyə davam edən Almaniya ABŞ-dən sonra Ukraynaya ən çox dəstək verən ikinci ölkədir.
Digər xəbərlər: