Gündəm / Siyasət / Dünya
09:02, 18 Eylül 2023
0

Aİ müdafiəyə vəsaiti artırır

Aİ müdafiəyə  vəsaiti artırır


Avropa Parlamenti Avropa Komissiyasının 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmaq təklifini dəstəkləyib.

Globalpress.az- ın məlumatına görə, danışıqlarda parlament nümayəndələri Avropa Müdafiə Fondunun 625 milyon avro artırılmasına, eləcə də hərbi mobillik proqramları üçün daha 45 milyon avronun ayrılmasına nail olmaq istəyini ifadə ediblər.

Bildirilir ki, söhbət ilkin olaraq Avropa Komissiyasının təqdim etdiyi büdcəyə əlavədən gedir. Şura Parlamentin və Komissiyanın təklifini dəstəkləsə, Avropa Müdafiə Fondunun 2024-cü il büdcəsi 1,263 milyard avro, hərbi mobillik proqramı isə 286 milyon avro olacaq.

Mənbə: gazeta.ru
Digər xəbərlər: